10-11. siniflər və Məzunlar üçün Abituriyent hazırlığı
10-11. siniflər və Məzunlar üçün Abituriyent hazırlığı.
Abituriyent hazırlığı əsasən 10, 11-ci sinif şagirdləri və əvvəlki illərin məzunları üçün keçirilir.
“ Nobel School ” təhsil mərkəzində artıq 13 ildir Abituriyent hazırlığı mövcuddur.
Bu illər ərzində 100 - lərlə şagird Təhsil Mərkəzimizdə zəif göstəricilərlə Abituriyent hazırlığına başlamış və yüksək nəticələrlə öz arzuladıqları Ali təhsil ocaqlarına daxil olaraq tələbə olmaq arzularına çatmışdır.
2008 – 2020 – ci illər ərzində Ali təhsil mərkəzlərinə Qəbul nəticələrimiz 90 – 98 faiz aralığında dəyişmişdir.
Yüksək nəticələrimizin əsasında - doğru rəhbər idarəçiliyi, yüksək nizam - intizam və professional müəllim kollektivinin böyük əməyi dayanır.
Biz ən zəif şagirdin belə yaxşı nəticələrlə tələbə olmaq arzusuna çatması üçün var qüvvəmizlə çalışırıq.
Dərslər Yeni təhsil sistemi əsasında orta məktəb proqramları və Dövlət İmtahan Mərkəzinin qəbul proqramı əsasında tədris edilir.
Təhsil Mərkəzimizdə Abituriyent hazırlığı iki istiqamət ( Buraxılış imtahanlarına hazırlıq və Qruplar üzrə qəbul imtahanlarına hazırlıq istiqamətləri ) üzrə aparılır.
1.Buraxılış imtahanı fənləri:
Bütün ixtisas qrupları üzrə - Azərbaycan dili, Riyaziyyat və İngilis dili.
2.İxtisas qrupları üzrə fənlər :
I ixtisas qrupu üzrə - Fizika, Kimya və Riyaziyyat.
II ixtisas qrupu üzrə - Coğrafiya, Ümumi tarix və Riyaziyyat.
III ixtisas qrupu üzrə - Azərbaycan dili, Ədəbiyyat və Ümumi tarix.
IV ixtisas qrupu üzrə - Fizika, Kimya və Biologiya.
V ixtisas qrupu üzrə -Azərbaycan dili, Riyaziyyat və İngilis dili.
Təhsil Mərkəzimizdə Abituriyent hazırlığı bərabər bilik səviyyəsinə sahib şagirdlərdən ibarət kiçik qruplar şəklində keçirilir.
1. Qrupda uşaqların sayı: maksimum10 nəfər
2. Proqramın həftəlik bölgüsü: həftədə 3 gün ( 1,3,5 – ci günlər və ya 2,4,6 – cı günlər )
3. Həftəlik saat bölgüsü: həftədə 18 dərs saatı
4. Proqramın gündəlik bölgüsü: 15:00-19:30 ( 4.5 saat )
5. V ixtisas qrupun gündəlik bölgüsü: 15:00-18:00 ( 3 saat )
6. V ixtisas qrupun həftəlik saat bölgüsü: 12 dərs saatı
Tədris ili müddətində şagirdlərin əldə etdikləri bilik və bacarıqları dəyərləndirmək, hazırlıq səviyyələrini müəyyən etmək, açıq, qapalı və situasiya tipli sual modelləri üzərində işləmək bacarıqlarını artırmaq üçün Həftəlik, Aylıq olmaqla Müxtəlif formatlı imtahanlar keçirilir.
İmtahanların nəticələri “Nobel School” – da olan “İmtahan nəticələrinin qiymətləndirilməsi” şöbəsi tərəfindən incələnir və zəif nəticə göstərən şagirdlər üçün xüsusi tədbirlər görülür və zəifliyi aradan qaldırmaq üçün pulsuz olaraq əlavə dərslər təyin edilir.
“ Nobel School ” Təhsil Mərkəzində hazırlaşmağın üstünlükləri :
** “ Nobel School ” Təhsil Mərkəzi hər kəsin çox rahatlıqla gələ biləcəyi ünvanda yerləşir.
** Təhsil Mərkəzi ilin bütün fəsillərinə uyğun münbit şəraitə malikdir.
** “ Nobel School ” – da hazırlaşmaqla dinləyicilər zaman itkisinin qarşısını alırlar. Hazırlıq üçün lazım olan bütün fənlər bir məkanda cəmləşdiyi üçün dinləyicilər qapı-qapı gəzmirlər.
** Təhsil xidmətləri üçün olan Aylıq ödənişlər həddindən artıq sərfəli olduğu üçün validəynlərin aylıq büdcələrinə qənaət etməsinə kömək olur.
** “ Nobel School ” – da sözün əsl mənasında savadlı, təcrübəli müəllimlər fəaliyyət göstərir.
** Təhsil mərkəzində dinləyicilərin hazırlıq keyfiyyətini artırmaq üçün psixoloji xidmətlər tətbiq edilir.
** Şagirdlərin aydan aya nəticələırini yüksəltmək üçün müxtəlif stimulverici kampaniyalar tətbiq edilir.
** Hər ay mütəmadi olaraq övladlarının hazırlıq səviyyələri ilə bağlı məlumatlar valideynlərə verilir.
** Təhsil mərkəzində müəllimlər, şagirdlər və ümumilikdə təhsilin gedişatı davamlı olaraq kamera müşahidəsi altında tutulur.
** Dinləyicilərin təhsil mərkəzinə gəlmə və çıxması SMS vasitəsi ilə valideynlərə bildirilir.
Daha ətraflı məlumat almaq üçün hər kəsi təhsil mərkəzimizə dəvət edirik.
Min eşitməkdənsə, bir dəfə canlı olaraq şahidi olmaq daha yaxşıdır.