Keyfiyyətli təhsil almaq sizin də haqqınızdır !

9-11. siniflər üçün Buraxılış imtahanlarına hazırlıq

9-11. siniflər üçün Buraxılış imtahanlarına hazırlıq.

Buraxılış İmtahanlarına hazırlıq əsasən 9 - cu şagirdləri  və əvvəlki illərin məzunları üçün keçirilir.

“ Nobel School ” təhsil mərkəzində artıq 5 ildir Buraxılış İmtahanlarına hazırlıq mövcuddur.

Bu illər ərzində 100 - lərlə şagird Təhsil Mərkəzimizdə zəif göstəricilərlə Buraxılış imtahanlarına hazırlığa başlamış və yüksək nəticələr göstərmişlər.

2008 – 2020 – ci illər ərzində Ali təhsil mərkəzlərinə Qəbul nəticələrimiz 90 – 98 faiz aralığında dəyişmişdir.

Yüksək nəticələrimizin əsasında - doğru rəhbər  idarəçiliyi, yüksək nizam - intizam və professional müəllim kollektivinin böyük əməyi dayanır.

Biz ən zəif şagirdin belə yaxşı nəticələrlə tələbə olmaq arzusuna çatması üçün var qüvvəmizlə çalışırıq.

Dərslər Yeni təhsil sistemi əsasında orta məktəb proqramları və Dövlət İmtahan Mərkəzinin  qəbul proqramı əsasında tədris edilir.

Buraxılış İmtahanlarına Hazırlıq 2 mərhələdə həyata keçirilir.

I mərhələdə 3 fənn üzrə (Ana dili, İngilis dili, Riyaziyyat) 45 tapşırıq verilir. 

Cəmi toplana biləcək bal – 90

1.Ana dili (Azərbaycan dili, rus dili), (maksimum 30 bal), Cəmi: 20 tapşırıq (2 mətn (bədii, publisistik)-hər mətnə 10 tapşırıq (5 yazı tələb olunan açıq + 5 qapalı)).
2. Riyaziyyat (Maksimal bal 30), Cəmi:10 açıq tapşırıq ( həllin yazılması tələb olunan )
3. Xarici dillər (ingilis, rus dilləri), (Maksimal bal 30) Cəmi:15 tapşırıq

1. Dinləmə mətni (publisistik və ya dialoq) 6 tapşırıq (4 qapalı+2 yazı tələb olunan açıq);

2. Oxuyub-anlama mətni-9 tapşırıq (5 qapalı+4 yazı tələb olunan açıq)).

İmtahanın II mərhələsində 3 fənn üzrə (Ana dili, İngilis dili, Riyaziyyat) 90 qapalı tapşırıq verilir. Cəmi toplana biləcək bal – 210

1.Ana dili (Azərbaycan dili, rus dili), (Maksimal bal 70), 30 qapalı test tapşırığı
2. Riyaziyyat, (Maksimal bal 70), 30 qapalı test tapşırığı
3. Xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri), (Maksimal bal 70), 30 qapalı test tapşırığı.

QEYD : 9 – cu sinif şagirdləri Buraxılış İmtahanlarının nəticələrinə əsasən Orta İxtisas Təhsil Müəssisələri vəya Kolleclərə qəbul olunurlar. 


Təhsil Mərkəzimizdə Abituriyent hazırlığı bərabər bilik səviyyəsinə sahib şagirdlərdən ibarət kiçik qruplar şəklində keçirilir.

1. Qrupda uşaqların sayı: maksimum10 nəfər  

2. Proqramın həftəlik bölgüsü: həftədə 3 gün ( 1,3,5 – ci günlər və ya 2,4,6 – cı günlər )                     

3. Həftəlik saat bölgüsü: həftədə 15 dərs saatı  

4. Proqramın gündəlik bölgüsü: 15:00-18:00  ( 3 saat ) 

 

Tədris ili müddətində şagirdlərin əldə etdikləri bilik və bacarıqları dəyərləndirmək, hazırlıq səviyyələrini müəyyən etmək, açıq, qapalı və situasiya tipli sual modelləri üzərində işləmək bacarıqlarını artırmaq üçün Həftəlik, Aylıq olmaqla Müxtəlif formatlı imtahanlar keçirilir.

İmtahanların nəticələri “Nobel School” – da olan “İmtahan nəticələrinin qiymətləndirilməsi” şöbəsi tərəfindən incələnir və zəif nəticə göstərən şagirdlər üçün xüsusi tədbirlər görülür və zəifliyi aradan qaldırmaq üçün pulsuz olaraq əlavə dərslər təyin edilir.

“ Nobel School ” Təhsil Mərkəzində hazırlaşmağın üstünlükləri :

** “ Nobel School ” Təhsil Mərkəzi hər kəsin çox rahatlıqla gələ biləcəyi ünvanda yerləşir.

** Təhsil Mərkəzi ilin bütün fəsillərinə uyğun münbit şəraitə malikdir.

** “ Nobel School ” – da hazırlaşmaqla dinləyicilər zaman itkisinin qarşısını alırlar. Hazırlıq üçün lazım olan bütün fənlər bir məkanda cəmləşdiyi üçün dinləyicilər qapı-qapı gəzmirlər.

** Təhsil xidmətləri üçün olan Aylıq ödənişlər həddindən artıq sərfəli olduğu üçün validəynlərin aylıq büdcələrinə qənaət etməsinə kömək olur.

** “ Nobel School ” – da sözün əsl mənasında savadlı, təcrübəli müəllimlər fəaliyyət göstərir.

** Təhsil mərkəzində dinləyicilərin hazırlıq keyfiyyətini artırmaq üçün psixoloji xidmətlər tətbiq edilir.

** Şagirdlərin aydan aya nəticələırini yüksəltmək üçün müxtəlif stimulverici kampaniyalar tətbiq edilir.

** Hər ay mütəmadi olaraq övladlarının hazırlıq səviyyələri ilə bağlı məlumatlar valideynlərə verilir.

** Təhsil mərkəzində müəllimlər, şagirdlər və ümumilikdə təhsilin gedişatı davamlı olaraq kamera müşahidəsi altında tutulur.

** Dinləyicilərin təhsil mərkəzinə gəlmə və çıxması SMS vasitəsi ilə valideynlərə bildirilir.

 

Daha ətraflı məlumat almaq üçün hər kəsi təhsil mərkəzimizə dəvət edirik.

Min eşitməkdənsə, bir dəfə canlı olaraq şahidi olmaq daha yaxşıdır.