Ev tapşırıqlarının həllinə izahlı dəstək
“ Nobel School ” təhsil mərkəzində artıq 13 ildir “
Ev tapşırıqlarının həllinə izahlı dəstək vəya ETÜD ” mövcuddur.
Məlum olduğu kimi orta məktəblərdə sinif
otaqlarında çox sayda şagird olur.
Bu səbəblə müəllimlər hər bir şagirdə fərdi olaraq daha çox vaxt sərf edə bilmirlər və nəticədə şagirdlər dərsi kifayət qədər yaxşı qavraya bilmir və ev tapşırıqlarının həllində çətinlik çəkirlər və bu da şagirdlərin get-gedə zəifləməsinə, oxuma həvəsinin azalmasına səbəb olur.
Eyni zamanda da ailənin iqtisadi dayanıqlılığını təmin etmək üçün işləmək məcburiyyətində qalan hər iki valideyn övladlarının dərslərinə kifayət qədər zaman ayıra bilmirlər.
Təhsil Mərkəzimizdə illərlə tətbiq olunan “ Ev dərslərinin
həllinə dəstək ” proqramı yuxarıda qeyd olunan məsələlərdə şagirdlərə dəstək məqsədi
daşıyır.
Bu proqramdan Azərbaycan və Rus bölməsi üzrə orta məktəblərdə
təhsil alan 1,2,3,4,5,6,7,8 – ci sinif şagirdləri faydalana bilir.
Dərslər Yeni
təhsil sistemi əsasında orta məktəb proqramları və Dövlət İmtahan Mərkəzinin proqram
və vəsaitləri əsasında tədris edilir.
“ Ev dərslərinin
həllinə izahlı dəstək ” proqramında şagirdlərə bütün əsas fənlər üzrə ev
tapşırıqlarının həll edilməsində yardım göstərilir, eyni zamanda da onlara yeni
və əlavə mövzular daha dərindən, əsaslı şəkildə tədris edilir.
Hər il 100
– lərlə şagird bu proqramdan faydalanır.
Təhsil Mərkəzimizdə ETÜD
hazırlığı bərabər bilik səviyyəsinə sahib şagirdlərdən ibarət kiçik qruplar
şəklində keçirilir.
1. Qrupda uşaqların
sayı: maksimum10 nəfər
2. Proqramın həftəlik
bölgüsü: həftədə 3 gün ( 1,3,5 – ci günlər
və ya 2,4,6 – cı günlər )
3. Həftəlik saat
bölgüsü: həftədə 12 dərs saatı
4. Proqramın gündəlik
bölgüsü: 15:00-18:00 ( 3 saat )
Tədris ili müddətində
şagirdlərin əldə etdikləri bilik və bacarıqları dəyərləndirmək, hazırlıq
səviyyələrini müəyyən etmək, açıq, qapalı və situasiya tipli sual modelləri
üzərində işləmək bacarıqlarını artırmaq üçün Həftəlik, Aylıq olmaqla Müxtəlif
formatlı imtahanlar keçirilir.
İmtahanların nəticələri “Nobel
School” – da olan “İmtahan nəticələrinin qiymətləndirilməsi” şöbəsi tərəfindən
incələnir və zəif nəticə göstərən şagirdlər üçün xüsusi tədbirlər görülür və
zəifliyi aradan qaldırmaq üçün pulsuz olaraq əlavə dərslər təyin edilir.
“ Nobel School ” Təhsil Mərkəzində hazırlaşmağın üstünlükləri :
** “ Nobel School ” Təhsil Mərkəzi hər kəsin çox rahatlıqla gələ biləcəyi
ünvanda yerləşir.
** Təhsil Mərkəzi ilin bütün fəsillərinə uyğun münbit şəraitə
malikdir.
** “ Nobel School ” – da hazırlaşmaqla dinləyicilər zaman itkisinin
qarşısını alırlar. Hazırlıq üçün lazım olan bütün fənlər bir məkanda cəmləşdiyi
üçün dinləyicilər qapı-qapı gəzmirlər.
** Təhsil xidmətləri üçün olan Aylıq ödənişlər həddindən artıq sərfəli
olduğu üçün validəynlərin aylıq büdcələrinə qənaət etməsinə kömək olur.
** “ Nobel School ” – da sözün əsl mənasında savadlı, təcrübəli müəllimlər
fəaliyyət göstərir.
** Təhsil mərkəzində dinləyicilərin hazırlıq keyfiyyətini artırmaq
üçün psixoloji xidmətlər tətbiq edilir.
** Şagirdlərin aydan aya nəticələırini
yüksəltmək üçün müxtəlif stimulverici kampaniyalar tətbiq edilir.
** Hər ay mütəmadi olaraq övladlarının hazırlıq səviyyələri ilə bağlı
məlumatlar valideynlərə verilir.
** Təhsil mərkəzində müəllimlər, şagirdlər və ümumilikdə təhsilin
gedişatı davamlı olaraq kamera müşahidəsi altında tutulur.
** Dinləyicilərin təhsil mərkəzinə gəlmə və çıxması SMS vasitəsi ilə
valideynlərə bildirilir.
Daha ətraflı məlumat almaq üçün hər kəsi təhsil mərkəzimizə dəvət
edirik.
Min
eşitməkdənsə, bir dəfə canlı olaraq şahidi olmaq daha yaxşıdır.