3-4 yaşlı uşaqlar üçün Erkən inkişaf proqramı
Erkən inkişaf proqramı 3-4 yaşlı uşaqlar üçün
nəzərdə tutulub. Tədris proqramı peşəkar müəllim heyəti tərəfindən Azərbaycan
və Rus bölmələri üzrə keçirilir. Bu proqram sizin övladlarınızın yaradıcılıq
qabiliyyətinin, özlərini idarəetmə bacarığının artmasına və kiçik motorikasının
inkişafına təsir göstərəcək. Dərs saatları ərzində övladınıza məktəbəqədər
hazırlıq proqramının sadələşmiş forması keçirilir. Övladınızın erkən inkişaf
proqramına qoşulmasının üstün cəhəti odur ki, sinifdə davranış qaydalarını
mənimsəmiş olur, məktəbə hazırlıq dövrünə müvəffəqiyyətlə addımlayır.
Tədris müddətində
keçirilən dərslər:
- Ana dili və nitqin
inkişafı;
- Ətraf aləmlə tanışlıq
(dünyagörüşü, əxlaq qaydaları, gigiyena qaydaları, tariximiz, himnimiz,
gerbimiz və s.);
- Əlifba və yazı vərdişləri;
- Riyaziyyat və məntiqi təfəkkürün inkişafı;
- İngilis dili;
- Rəsm;
- Quraşdırma və aplikasiya (konstruksiya, yapma və
s.);
- Musiqi;
- Fiziki tərbiyə;
- İntellektual oyunlar.
Buna əlavə olaraq, uşaqlar hər ay ərzində bir dəfə ÖDƏNİŞSİZ olaraq psixoloji
konsultasiya edilir ki, bu da öz növbəsində uşaqlarda psixi proseslərin
inkişafı, diqqət, yaddaş, qavrayış, təfəkkür, təxəyyül və nitq kimi vacib
prosesləri nəzarətdə saxlamağa imkan verir.
Eyni zamanda 3 aydan bir keçirilən sınaq imtahanları
vasitəsilə uşaqlarımızın inkişaf tempinin izlənilməsi həyata keçirilir və
ehtiyac olarsa, dərslər yenidən təkrar olunur.
Tədris proqramını tam müvəffəqiyyətlə bitirən uşaqlar
sertifikatla təltif olunur və bu sertifikatla ölkə ərazisində istənilən orta
məktəbə qəbul olmaq şansı qazanır.
1 qrupda maximum – 10 uşaq olur.
Dərslər həftədə hər gün 2 saat olmaqla, 3 gün keçirilir.
Erkən inkişaf proqramı ödənişli əsaslarla həyata keçirilir.
Proqram və qiymətlər haqqında daha dəqiq məlumat
almaq üçün Nobel School Təhsil Mərkəzində Qeydiyyat şöbəsinə yaxınlaşmaq
lazımdır.