Keyfiyyətli təhsil almaq sizin də haqqınızdır !

Məktəbəqədər hazırlıq

Ölkəmizdə fəaliyyət göstərən dövlət, həm də özəl məktəblər 1-ci siniflərə şagird qəbulunu əksər hallarda xüsusi imtahanlar vasitəsilə həyata keçirirlər. Məhz bu səbəbdəndir ki, Təhsil mərkəzimizdə Azərbaycan və Rus bölmələri üzrə 5-6 yaşlı uşaqlar üçün məktəbəqədər hazırlıq dərsləri fəaliyyət göstərir. Məktəbəqədər hazırlıqlar həmçinin şagirdlərdə özünəgüvən formalaşdırmaq , eyni zamanda da onların məktəblərə əmin addımlarla getməsini təmin etmək üçün çox vacibdir.

Məktəbəqər hazırlıq  9 ay davam edir. Dərslər bu sahədə uzunillik təcrübəyə, yüksək bilik və savada malik , şagirdlərə bildiklərini sevə - sevə öyrədən müəllim ve pedaqoqlar tərəfindən həyata keçirilir. Tədris ili müddətində öyrənilən dərslərin daha yaxşı mənimsənilməsi üçün aylıq sınaq imtahanları keçirilir. Bundan başqa uşaqların dünya görüşlərini artırmaq məqsədi ilə bayram günlərinin keçirilməsi, ekskursiyaların təşkili kimi uşaqların inkişafını sürətləndirəcək  fəaliyyət istiqamətlərimizdə mövcuddur. Hazırlıq müddəti bitdikdən sonra kursu bitirən balaca qəhrəmanlara sertifikat təqdim olunur.

Uşaqların inkişaf dinamikası ilə bağlı valideynlərə mütəmadi olaraq geniş məlumatlar verilir.

Dərslərdə nələr öyrədilir?

·         Məktəbəqədər hazırlıqlar 5-6 yaş uşaqlar üçün nəzərdə tutulub. Təhsil mərkəzimizdə Məktəbəqədər hazırlıq Təhsil Nazirliyinin proqramı və əlavə olaraq “Nobel School”a aid olan xüsusi məktəbəqər hazırlıq proqramları əsasında aparılır.

·         Ana dili tədrisi, ( Azərbaycan vəya Rus dili )

·         Yazının inkişafı,

·         İngilis və ya rus dili,

·         Məntiqi təfəkkürün inkişafı,

·         Nitqin inkişafı,

·         Sadə riyazi təsəvvürlərin inkişafı,

·         Estetik inkişaf,

·         Ətraf aləmlə tanışlıq,

·         İntelektual oyunlar,

·         Və digər inkişaf proqramları.

 

·         Ana dilini öyrənirəm məşğələsində əlifba vasitəsilə sözlər qurulur;

·         Riyaziyyat və məntiq məşğələsində sadə riyazi əməllər və konstruktiv bacarıqlar nümayiş etdirilir, məkan və zamanla bağlı ilkin riyazi əməliyyatlar yerinə yetirilir;

·         Ətraf aləm məşğələsində canlı və cansız aləmdəki obyektlərlə düzgün davranış bacarığı formalaşdırılır, ətraf mühitdə baş verən hadisələr, ailə və vətən haqqında sadə məlumatlar öyrədilir;

·         Xarici dil dərsləri proqramında ingilis dili və ya rus dili öyrədilir. Dərslər musiqili və əyləncəli formada keçirilir;

·         Nitqin inkişafı məşğələsində uşaqların cümlə qurmaq və düzgün tələffüz etmə bacarığı öyrədilir.

·         Uşaqların estetik inkişafı nəzərə alınaraq rəsm, rəqs, və yaradıcı iş məşğələləri keçirilir.

 

·         1 qrupda maximum – 10 uşaq olur.

·         Dərslər həftədə hər gün  2 saat olmaqla, 3 gün keçirilir.

·     Məktəbəqədər hazırlıq proqramı Təhsil mərkəzimizdə ödənişli əsaslarla həyata keçirilir.

·        Proqram və qiymətlər haqqında daha dəqiq məlumat almaq üçün Nobel School Təhsil Mərkəzində Qeydiyyat şöbəsinə yaxınlaşmaq lazımdır.